Sən də gənc sahibkar olmaq istəyirsənsə 6 həftəlik biznes akselerasiya proqramına qatılaraq özünü təkmilləşdir. Sahibkarlıq potensialı daşıyırsansa sən də qatıl!

Biznes ideyanı araşdır, sınaqdan keçir və təkmilləşdir
İstər daxildə, istərsə də xaricdən öz biznes tərəfdaşını aşkar et
Öz biznesini qur və öz işinin sahibi ol
Yeni texnologiyalardan istifadə et və öz biznesinin səmərəliliyini artır
Müştərini dinlə və problemin həllini aşkar etməyə çalış
Biznesinə xarici sərmayə cəlb etmək imkanını artır
Məhsul və ya Xidmətlərin Yerli və Xarici Bazarlara Çıxmaq qabiliyyətini artır
Müştərini necə qazanmağı, onun sayını necə artırmağı və qoruyub saxlamağı öyrən

"Youth Inc. Business Academy " proqramı

“Youth Inc.” Sahibkarlıq Proqramı biznesə başlamaq və öz biznesini inkişaf etdirmək istəyən gənc sahibkarları 50 000 AZN-dək investisiya qazanmağa, “Youth Inc.” Biznes İnkubasiya Mərkəzi və Azərbaycanın Yüksək Texnologiyalar Parkı tərəfindən “Youth Inc. Business Academy” Akselerasiya Proqramına göstərilən bütün imkanlardan yararlanmağa dəvət edir.

Verilmiş proqramı istifadə edərək gənc sahibkarlar öz biznes ideyalarını reallaşdırmağa və artıq açdığı bizneslərini inkişaf etdirə bilərlər. 18-35 yaş arası gənc sahibkarlar öz biznes ideyalarını reallaşdırmaq üçün bizim proqramıza qoşula bilər.

Sahibkar olmaq istəyən hər kəs “Youth Inc.”, ”Coca-Cola”, ”High Tech Park Azerbaijan”, Nobel Oil” təşkilatları ilə bağlı olan “Youth Inc. Business Academy” Akselerasiya Proqramına müraciət edib, 4 amerikalı və 8 yerli mentor tərəfindən aparılan və 6 həftə ərzində həyata keçirilən ödənişsiz intensiv kurslardan faydalana bilər. Dərslər onlayn platforması ilə təmin olunacaq.

Uğurlu ideyalar sonda 50,000 AZN investisiya qazanmaq imkanı əldə edəcək. “Youth Inc. Business Academy” Akselerasiya Proqramına Mayın 5-i 2016-cı il qeydiyyat üçün son gündür.


Steve Blank

Steve Blank


Instructor on Lean Launchpad Stanford Universitetinin Sahibkarlığın Əsasları Fakültəsinin Professoru
Steve Blank və onun komandasının hazırladığı "Lean Launchpad" video dərsliyinin Azərbaycan dilinə tərcümə edilmiş və həmin dərsliyin metodikası ilə hazırlanmış proqram.
Hazırda həmin dərslik dünyanın aparıcı təhsil müəssisələrində, o cümlədən ABŞ-ın Berkeley, Georgetown, Stanford və Columbia Universitetlərinin MBA proqramları, həmçinin qərbin əksər startup akseleratorlarında tədris olunan Sahibkarlığın Əsasları kimi mühazirə və məşğələlərin tərkib və ayrılmaz hissəsini təşkil edir.
Steve Blank, bütün dünyada "Yalın Startap" hərəkatına təkan vermiş Müştərinin İnkişafı metodologiyası ilə özünə ad qazanmışdır.
Steve Blankın müəllifi olduğu, The Four Steps to the Epiphany (Epifaniyaya Dörd Addım) və The Startup Owner's Manual (Startup Sahibinin Əl Kitabı) adlı iki kitabı da ona beynəlxalq səviyyədə şöhrət qazandırmışdır.
O, səkkiz startup şirkətinin təsisçisi olmuş və həmin şirkətlərdən dördü artıq uğurlu biznes modelə sahib olan və səhmləri açıq bazarda satılan şirkətlərdən hesab olunur.

TƏŞKİLATÇILAR VƏ TƏRƏFDAŞLAR