Ç.S.S

Çox Soruşulan Suallar

1"Youth Inc. Business Academy" nədir?
“Youth Inc. Business Academy” gənc insanlara öz Startapını qurmasına kömək edən proqramdır. Bu Proqram ideya və prototip mərhələsində olan şirkətlər üçün “Youth Inc.”-in sadələşdirilmiş versiyadır. Proqram müddəti boyunca reallaşan layihələrə 5,000 AZN-dən 50,000 AZN-ə qədər investisiya ediləcək. Proqramın özü tədris və praktiki biliklərdən ibarət 6 həftəlik intensiv təlimdən ibarətdir. Proqram müddətində komandalar YBA mentorları ilə ofisimizdə məşğul ola bilər, “Youth Inc.”-in AWS və Microsoft kreditləri kimi imkanlardan faydalana və TBD-da baş tutan tədbirə qoşula bilərlər. Yeganə məhdudiyyət münasib olan iştirakçıların yaş həddi 18-35 arası olmalıdır.
2Proqrama kimlər qatıla bilər?
Biznes ideyası olan gənclər və ya ideyası üzərində çalışmağa başlayan komandalar müraciət edə bilərlər. Burada əsas hədəfimiz potensiallı gəncləri üzə çıxarmaqdır. Proqram müddəti boyunca ideyanızı dəyişə və ya yeni bir komandaya qoşula bilərsiniz. Gənc sahibkar olmaq istəyən 18-35 yaş arası hər kəs proqrama müraciət edə bilər!
3Dərslik nədən ibarətdir?
Steve Blank və onun komandasının hazırladığı «Lean Launchpad» video dərsliyinin Azərbaycan dilində tərcümə olunmuş videoları olacaqdır. Hazırda həmin dərslik dünyanın aparıcı təhsil müəssisələrində, o cümlədən ABŞ-ın Berkeley, Georgetown, Stanford və Columbia Universitetlərinin MBA proqramları, həmçinin qərbin əksər startup akseleratorlarında tədris olunan "Sahibkarlığın Əsasları" kimi mühazirə və məşğələlərin tərkib və ayrılmaz hissəsini təşkil edir. Steve Blank, bütün dünyada "Yalın Startap" hərəkatına təkan vermiş "Müştərinin İnkişafı" metodologiyası ilə özünə ad qazanmışdır. Steve Blankın müəllifi olduğu, "The Four Steps to the Epiphany" (Epifaniyaya Dörd Addım) və "The Startup Owner's Manual" (Startup Sahibinin Əl Kitabı) adlı iki kitabı da ona beynəlxalq səviyyədə şöhrət qazandırmışdır. O, səkkiz startup şirkətinin təsisçisi olmuş və həmin şirkətlərdən dördü artıq uğurlu biznes modelə sahib olan və səhmləri açıq bazarda satılan şirkətlərdən hesab olunur.
4Layihələr necə maliyyələşir?
Biz kimi maliyyələşdirəcəyimizi necə seçirik? Bizim üçün ən vacib olan sizin komandanızdakı şəxslərdir. Biz onların motivasiya, dizayn hissinə və ağlına baxırıq. Təcrübəli olmaq faydalıdır, amma kritik deyil. Sizin ideyanız da vacibdir, ancaq əsas olaraq sizin yaxşı ideyanızın olmasının göstəricisidir. Uğurlu startuplar ideyalarını proses ərzində əhəmiyyətli dərəcədə dəyişirlər.
5Nələr öyrədilir?
1. Sahibkarlığın Əsasları
2. İdeya var, bəs bunun ardı necə olacaq?
3. Biznes Maliyyələşməsinin Əsasları

Startupın əsasları

1.5 Biz indi nə bilirik? Nəyi öyrəndik?
Dərs 1.5 A and B: Biznes Modelləri və Müştərinin İnkişafı Prosesi
Dərs 2: Dəyər Təklifi
Dərs 3: Müştəri seqmentləri
Dərs 4: Kanallar
Dərs 5: Müştəri ilə əlaqə
Dərs 6: Gəlir Modelləri
Dərs 7: Tərəfdaşlar
Dərs 8: Resurslar, Fəaliyyət və Xərclər