Komandamız

ANDRES JORDAN

İnstruktor

Design Thinking & Lean Startup


Biznesə başlamağın əsasları, Design Thinking & Lean Startup

Andres Jordanın qlobal biznes sahəsində 30 ildən çox təcrübəsi var. O, ən azı 10 ilini informasiya və kommunikasiya sahəsində, korporativ və startap cəmiyyətlərində innovativ ekosistemlərin formalaşdırılması işinə sərf etmişdir. Onun müxtəlif peşəkar səyahətləri ona innovasiya menecmenti, strategiya, marketinq ve maliyyə bacarıqlarını inkişaf etdirməyə kömək etdi. Onun sənayesinin əsas cəhdləri 100 mln. dollar fundamental gəlirin əmələ gəlməsinə gətirib çıxartmışdır.

MARCO RUBIN

İnstruktor

Business Finance & Venture Capital


Biznes Maliyyəsi & Vençur Kapitalı

Marko öz karyerası ərzində çoxlu sayda yeni və başlanğıc mərhələsində olan texnologiya ilə məşğul olan təşkilatlara investisiya edib və “Sahibkarlar Jurnalı”-nın (Entrepreneur Magazine) İllik VC100 siyahılarında 2002, 2003, 2005, 2006, 2007 və 2008-ci illərdə etdiyi investisiyalara görə liderlik roluna malik olub. O həmçinin Milli Elm Fondunun son qrantının qalibidir. Exo-dan qabaq, Marko “Monumental Venture Partners LLC (MVP)”-nın qurucusu olub, təhlükəsizlik, informasiya texnologiyası, telekommunikasiya, proqram təlimatı və tibbi avadanlıqlar sektorlarına investisiya qoyub.

MATTHEW J. BEDDINGFIELD

İnstruktor

Company Law & Intellectual Property Law


Xarici Sahibkarlar üçün ABŞ Biznes Ekosistemi (Business & IP Law)

Metyu biznes hüququ və intellektual mülkiyyət məsələləri üzrə ixtisaslaşdırılmış, Virginiyada lisenziyalı vəkildir. Metyu təhsilinə Ohayo Universitetində jurnalistika dərəcəsi ilə başlamışdır, lakin daha sonra öz təhsilini reklamlaşdırmaya yönəltdi və təşkilat brendinin vacibliyini yüksək qiymətə qaldırdı. O Duquesne Intellectual Property Law Association (DIPLA) –da President vəzifəsini yerinə yetirir, eləcə də universitet qəzeti olan Juris-ın baş redaktorudur.

“Youth Inc. Business Academy”-də Metyu təşkilatın əmələ gəlməsinin hüquqi cəhətlərindən, təşkilat sahibliyindən, korporativ idarəetmədən, intellektual mülkiyyət hüququndan və intellektual mülkiyyət növlərindən, eləcə də daxili və xarici yurisdiksiyalarda onları qorumaq yollarından danışacaq.

STEVE BLANK

Video instructor

Instructor on Lean Launchpad


Steve Blank və onun komandasının hazırladığı «Lean Launchpad» video dərsliyinin Azərbaycan dilinə rəsmi olaraq tərcümə edilmiş və həmin dərsliyin metodikasına uyğun olaraq proqram hazırlanmışdır.

Hazırda həmin dərslik dünyanın aparıcı təhsil müəssisələrində, o cümlədən ABŞ-ın Berkeley, Georgetown, Stanford və Columbia Universitetlərinin MBA proqramları, həmçinin qərbin əksər startup akseleratorlarında tədris olunan Sahibkarlığın Əsasları kimi mühazirə və məşğələlərin tərkib və ayrılmaz hissəsini təşkil edir.